Market tipli apteklər: Azərbaycanda nə vaxt tətbiq oluna bilər?

Market tipli apteklər: Azərbaycanda nə vaxt tətbiq oluna bilər?

Hazırda oxunan: Market tipli apteklər: Azərbaycanda nə vaxt tətbiq oluna bilər?

584027

Son günlərdə müzakirə olunan maraqlı təkliflərdən biri də “market tipli apteklər” modelidir. Dünyanın bir çox ölkəsində geniş yayılmış bu praktika həm xidmət sürətini artırır, həm də alıcının daha sərbəst seçim etməsinə imkan yaradır. Yəni vətəndaş ona lazım olan dərmanları, vitaminləri və ya tibbi ləvazimatları adi marketdə olduğu kimi vitrindən seçərək səbətə qoya bilir. Azərbaycanda da belə apteklərin yaradılması mümkündür, amma hansı hallarda?
 

MÖVZU İLƏ BAĞLI:

Apteklərdə endirim edilən dərmanlarla bağlı SENSASİON İDDİA


Marketoloqlar bu modeli müştəri rahatlığına uyğunlaşdırılmış bir xidmət kimi qəbul edirlər.

Özünəxidmət alıcının seçim prosesini sürətləndirir, həmçinin növbələri azaldır. Üstəlik alıcı belə olduqda firma və brendləri, istehsalçı ölkələri özü seçə bilir.  

Amma farmakoloqlar belə aptek modellərini məqbul hesab etmirlər. Farmakoloq Rəşid Ağasıyevin Bizim.Media-ya verdiyi açıqlamaya görə, market tipli apteklər dərmanları əlçatan etsə də zərərli tərəfləri daha çoxdur:

“Reseptlə təyin olunmuş dərmanları alıcı özü müəyyənləşdirə, seçə bilməz. Bu, birbaşa ixtisaslaşmış əczaçının işidir. Özbaşına resept oxuyub dərman seçən xəstə sağalmaq yerinə daha geridönüşü olmayan vəziyyətə düşə bilər. Reseptsiz satılan, ağrıkəsici, vitamin, yaxud digər aptek ləvazimatları (spirt, pambıq, bint, testlər, müalicəvi çaylar, yumşaldıcı məlhəmlər, efir yağları və s) seçə bilərlər. Amma istənilən halda  bu məsələyə peşəkar yanaşmaq lazımdır. Yaxşı olardı ki, vətəndaş ehtiyac duyduqda ona yaxınlaşıb yönləndirə bilən əczaçı olsun”

Farmakoloq diqqətə çatdırdı ki, artıq paytaxtda qismən vitrin sistemli apteklər fəaliyyət göstərir. Belə apteklərdə şəxsi gigiyenik vasitələrini alıcı özü seçib kassada ödəniş edə bilir.

Qeyd edək ki, market tipli apteklər ABŞ, Kanada, bəzi Avropa ölkələrində  reseptsiz dərman vasitələri satmaqla mövcuddur. Yaxud da supermarketlərdə  “self-service pharmacy” (özünəxidmət apteki) adlı bölmələri olur.  

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO