Qarabağ iqtisadi rayonunda 2025-ci ilin 3-cü rübündə 815 iş yeri açılıb.
Bu barədə Bizim.Media-nın sorğusuna Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, sözügedən dövrdə Qarabağda ən çox iş yeri Xankəndi şəhərində açılıb. Şəhərdə bu dövrdə 131 iş yeri açılıb.
Ağcabədi rayonunda 30, Ağdam rayonunda 41, Ağdərə rayonunda 14, Füzuli rayonunda 79, Xocalı rayonunda 7, Xocavənd rayonunda 14, Şuşa şəhərində isə 29 iş yeri açılıb.
Qeyd edək ki, cari ilin ilk 9 ayında Qarabağ iqtisadi rayonunda 1855 iş yeri açılıb.
Naibə Məmmədova, Bizim.Media

























































































