Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Hazırda oxunan: Azərbaycan nefti BAHALAŞDI

582798

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,77 ABŞ dolları, yaxud 1,18 % artaraq 66,05 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 65,28 ABŞ dollarına ticarət edilib.
 

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.


Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO