Məhsullarımız

Məhsullarımız "Amazon" və "eBay"da satılacaq - "Made in Azerbaijan" brendi ilə

Hazırda oxunan: Məhsullarımız "Amazon" və "eBay"da satılacaq - "Made in Azerbaijan" brendi ilə

58253

Azərbaycanda istehsal olunan məhsullar ABŞ-ın məşhur elektron ticarət platformaları ilan "Amazon" və "eBay"da satışa çıxarılacaq.

Bizim.Media xəbər verir ki, satışlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı vasitəsilə həyata keçiriləcək. 

Məhsullar alıcılara "Made in Azerbaijan" brendi ilə təqdim ediləcək.

Xatırladaq ki, 2021-ci ilin yanvar ayından fəaliyyət göstərən "Azexport" portalının missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışıdır.
Portal fəaliyyətdə olduğu 5 il ərzində isə 145 ölkədən 2,7 milyard ABŞ dolları dəyərində sifariş qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO