Toyuq ətinə tələbat KƏSKİN ARTDI – Qiymətlər YÜKSƏLƏCƏK?

Toyuq ətinə tələbat KƏSKİN ARTDI – Qiymətlər YÜKSƏLƏCƏK?

Hazırda oxunan: Toyuq ətinə tələbat KƏSKİN ARTDI – Qiymətlər YÜKSƏLƏCƏK?

582109

Dabaq xəstəliyindən sonra yaranan ajiotaj toyuq məhsullarına tələbatı kəskin artırıb. Xüsusilə də yumurtaya tələbat 25-30 faiz yüksəlib. Hazırda kənd yumurtası 28-30, broyler yumurtası isə 17-20 qəpiyə təklif olunur. Toyuq ətinin qiymətində artım müşahidə olunmasa da, yaxın gələcəkdə bu sahədə də qiymətlərin artacağı deyilir.

Səbəbini isə Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli deyib.

O bildirib ki, son illər toyuq ətinə tələbat artıb:

“Hazırda ölkə üzrə ildə 310-320 min ton ət istehlak edilir ki, bunun da 170 min tonu toyuq ətidir. Halbuki, əvvəllər illik toyuq əti istehlakı cəmi 140 min ton idi. Son günlərdə isə həm yumurtaya, həm də toyuq ətinə tələbat çoxalıb. Artan tələbatı qarşılayacaq təklif də gərək olsun. Bunun üçün istehsal sahələri genişləndirilməlidir”.

Müsahibimiz əlavə edib ki, toyuq əti və yumurta istehsalında bioloji fasilə lazımdır:

“Kəsilmiş toyuqların yerini doldurmaq üçün ən azı 21 gün bioloji fasilə tələb olunur. Bu bioloji fasilə dövründə isə digər istehsal sahəsində becərmə təşkil edilməlidir ki, istehlakçıların tələbatı lazımınca ödənilsin, məhsul qıtlığı yaranmasın. Çünki istənilən qıtlıq bahalaşma yaradır”. 

“İstehsal sahələri genişləndirilməlidir”

Mürvət Həsənli hazırkı hədəfin gündəlik yumurta istehsalını 8-10 milyon ədədə, toyuq əti istehsalını isə ayda 15-16 min tona, ildə isə 200 mini tona çatdırmaq olduğunu bildirib:
 

“Nəzərə alaq ki, quşlar yoluxucu xəstəliklərə qarşı çox həssasdırlar. Bir sexə düşən xəstəlik neçə min toyuğun ölümünə səbəb olur. Həm də buna görə istehsal sahələri genişləndirilməlidir ki, toyuqlar xəstəlikdən sığortalansın. 


Yer çatışmazlığı səbəbindən bəzən bir günlük cücəni 700 günlük toyuqla eyni  sahədə bəsləmək məcburiyyətində qalırıq. Bu da çox risklidir. Çünki 700 günlük toyuq ən azı 10-15 vaksin almış olur. Amma 1 günlük cücə vaksin almayıb. Ona görə də cücələrdə lazımı immunitet yaratmaq çox çətin olur. Problemin də biri budur. Ona görə də bizə kömək edilməlidir ki, istehsal sahələrini genişləndirək, istehsalı artıraq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO