Çin avtomobil ixracı qaydalarını SƏRTLƏŞDİRDİ – Bu maşınları gətirmək MÜMKÜN OLMAYACAQ

Çin avtomobil ixracı qaydalarını SƏRTLƏŞDİRDİ – Bu maşınları gətirmək MÜMKÜN OLMAYACAQ

Hazırda oxunan: Çin avtomobil ixracı qaydalarını SƏRTLƏŞDİRDİ – Bu maşınları gətirmək MÜMKÜN OLMAYACAQ

581002

14 noyabr tarixində Çinin bir neçə nazirliyi paralel avtomobil ixracı ilə bağlı qaydaları sərtləşdirən birgə bildiriş yayıb

Rəsmi bildirişdə son vaxtlar bir çox Çin avtomobil istehsalçılarının daxili bazar üçün nəzərdə tutulan, lakin “sıfır yürüşlü ikinci əl” kimi xaricə çıxarılan avtomobillərin artan ixrac kanallarından narahatlıq ifadə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Aksiz dərəcələri ARTIRILIR – Bu avtomobillər BAHALAŞACAQ


Söhbət belə bir sxemdən gedir:

Bəzi şirkətlər yeni avtomobilləri alır, onları Çində qeydiyyata salır, dərhal da qeydiyyatı ləğv edərək avtomobili ölkə xaricinə göndərirlər.

Yeni qaydalara əsasən, qeydiyyata alındıqdan sonra 6 aydan az müddət keçmiş istifadə olunmuş avtomobillərin ixracı üçün şirkətlər gömrük orqanlarına xüsusi sənəd təqdim etməlidirlər. Bu sənəd “Satışdan sonrakı xidmət üzrə təsdiq” adlanır. Əslində bu, avtomobil istehsalçısının rəsmi möhürü ilə təsdiqlənmiş məktubdur. Burada ixrac olunan ölkə, avtomobilin məlumatları və həmin ölkədə avtomobilin servis xidməti göstərilə biləcək məntəqələrin siyahısı qeyd olunmalıdır.

Qaydaların digər hissəsi avtomobillərin texniki xüsusiyyətləri və sertifikatları barədə məlumatların daha ciddi şəkildə toplanmasına və yoxlanmasına aiddir.

Əsas dəyişiklik isə 6 aydan az qeydiyyatda olan istənilən ikinci əl modelin ixracı üçün artıq istehsalçının faktiki icazəsinin tələb olunmasıdır.

Əvvəlki qayda bəzi Çin şirkətləri əvvəldən “sıfır yürüşlü ikinci əl” avtomobillərin xaricə çıxmasını dolayı şəkildə dəstəkləyirdi. Bu, onların investorlar qarşısında daha yüksək satış göstəriciləri təqdim etməsinə və müəyyən maliyyə yükündən yayınmasına imkan verirdi.

Bəs bu qərar Azərbaycan bazarına da təsir edəcəkmi?

Məsələni Bizim.Media üçün şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu qərarın bizim avtomobil bazarına təsiri şübhəsizdir:

“Bildiyiniz kimi, son zamanlar Çindən “0 kilometr” avtomobil gətirmək xeyli asan idi. Ona görə də həm Azərbaycandan, həm də Çindən çox sayda hüquqi və fiziki şəxs bu işə qoşulmuşdu.

Çin hökumətinin yeni qərarı göstərir ki, bu ölkədən gətirilən avtomobillərin xeyli ucuz olmasının tək səbəbi sui-istifadə hallarıdır. Çünki daxili istehlak üçün nəzərdə tutulan avtomobillər yerli alıcılara xeyli ucuz təklif olunur. Amma rəsmi qaydada ixraca yönələn avtomobillər kifayət qədər bahadır. Bu da bir çox işbazların işinə yarayıb.

Artıq vəziyyət fərqli olacaq.

Yəqin ki, bundan sonra heç də hər kəsin Çindən avtomobil gətirməsi mümkün olmayacaq. Təbii ki, bu da Çin avtomobillərinin bahalaşmasına səbəb olacaq. Nəzərə alaq ki, elektrik və hibrid avtomobillərə tətbiq edilən ƏDV və bəzi gömrük rüsumlarının güzəşti də yanvarın 1-dən aradan qaldırılır. Bu da bahalaşma üçün başqa bir səbəbdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO