Bakı-Ələt-Hacıqabul yolundakı təmir işləri nə vaxt YEKUNLAŞACAQ? – RƏSMİ AÇIQLAMA

Bakı-Ələt-Hacıqabul yolundakı təmir işləri nə vaxt YEKUNLAŞACAQ? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakı-Ələt-Hacıqabul yolundakı təmir işləri nə vaxt YEKUNLAŞACAQ? – RƏSMİ AÇIQLAMA

580971

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən M2 - Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdir ki, yenidənqurma işləri aparılır. Bu isə bəzi hallarda yolda tıxacların yaranmasına səbəb olur.

Bəs tikinti işləri nə zaman yekunlaşacaq?
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Qazax yolunun bu hissəsində tikinti işləri yekunlaşdı – FOTO/VİDEO


Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladdıq. Qurumun mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında bildirib ki, Bakı-Ələt-Hacıqabul yolu ilk inşa edilən magistrallardan biridir:

“Ona görə də həmin magistralın ayrı-ayrı hissələrində yol dağılmışdı. Bu da haqlı narazılıq yaradırdı. Problemin kökündən həlli üçün tərəfimizdən həmin magistral yolda əsaslı yenidənqurma işlərinə başlanılıb. Təmirlə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir. Müvəqqəti dəyişiklik təmir işləri başa çatanadək qüvvədə olacaq.

Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir.
 

Lakin bəzi sürücülər öz yolu ilə hərəkət etmək əvəzinə qarşı yola çıxır. Bu da istər-istəməz tıxac yaradır. Ona görə də sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.


Magistral yolda tikinti işlərinin nə zaman başa çatması barədə konkret vaxt demək çətindir. Çünki məsafə kifayət qədər uzundur. Hələlik yolun bir tərəfində tikinti işləri aparılır. Daha sonra yenidənqurma işləri əks yolda təşkil ediləcək. Bu da müəyyən vaxt aparacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO