İxracda pambıq birinci, qızıl ikinci, pomidor üçüncüdür - VİDEO

İxracda pambıq birinci, qızıl ikinci, pomidor üçüncüdür - VİDEO

Hazırda oxunan: İxracda pambıq birinci, qızıl ikinci, pomidor üçüncüdür - VİDEO

58038

Ötən il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, 2021-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı birinci olub - 208 milyon ABŞ dolları.

Bu siyahıda qızıl ikinci - 202,5 milyon ABŞ dolları, pomidor  isə üçüncü yerdə qərarlaşıb - 160,2 milyon ABŞ dolları.

Qeyd edək ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2022-ci ilin yanvar sayının təqdimatı mərasimində məlumat verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO