Azərbaycan 9 ayda 115 ölkəyə mal ixrac edib

Azərbaycan 9 ayda 115 ölkəyə mal ixrac edib

Hazırda oxunan: Azərbaycan 9 ayda 115 ölkəyə mal ixrac edib

579829

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. Bu dövrdə 115 ölkəyə mal ixrac edilib, 168 ölkədən isə idxal olunub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 35 milyard 402.7 milyon ABŞ dolları təşkil edib. 

Ticarət dövriyyəsinin 18 milyard 633.7 milyon ABŞ dolları və ya 52.6%-i ixracın, 16 milyard 769 milyon ABŞ dolları (47.4%) isə idxalın payına düşüb.
 

Nəticədə xarici ticarət balansı 1 milyard 864.7 milyon ABŞ dolları həcmində müsbət saldo ilə yekunlaşıb. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.6% artıb, real ifadədə isə 8.1% azalıb. Real ifadədə idxal 8.3%, ixrac isə 7.9% azalıb.


Ölkənin xarici ticarət dövriyyəsinin 25.2%-i İtaliyanın, 12.3%-i Türkiyənin, 10.3%-i Rusiyanın, 9.6%-i Çinin, 3.1%-i Almaniyanın, 2.9%-i ABŞ-ın, 2.7%-i Böyük Britaniyanın, 2.1%-i Çexiyanın, 1.9%-i Yunanıstanın, 1.8%-i Gürcüstanın, 1.7%-i Bolqarıstanın, 1.6%-i Qazaxıstanın, 1.5%-i Xorvatiyanın, 1.4%-i Rumıniya və İsveçrənin, 1.3%-i İranın, 1.1%-i Portuqaliya, Ukrayna və Avstraliyanın, 0.9%-i isə Özbəkistan və Belarusun payına düşüb. Ticarət əməliyyatlarının 14.1%-i digər ölkələrlə aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO