"Azərbaycan buğda ilə özünü orta hesabla 60% təmin edir. Qalan 40%-lik hissə isə ölkəyə idxal olunur".
Bizim.Media xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri İnam Kərimov REAL TV-yə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, son illər dövlətin həyata keçirdiyi aqrar siyasət nəticəsində, o cümlədən fermerlərə dövlət dəstəyi hesabına bir sıra məhsullar üzrə təminat səviyyəsi xeyli artıb:
"Özümüzü yaxşı təmin etdiyimiz məhsullar arasında xüsusilə meyvə-tərəvəzi qeyd edə bilərik. Məsələn, Azərbaycan özünü kartofla 90% təmin edir, həm də faraş kartof ixracatçısıdır. Yaxın vaxtlarda özünü təminat 100%-ə çatacaq. Digər ərzaq məhsullarına gəlincə isə, ölkəmiz özünü mal əti ilə 90%, qoyun əti ilə isə demək olar ki, 100% təmin edir. Bütün ət kateqoriyaları üzrə özünü təminetmə isə təqribən 85%-dir”.
Bizim.Media
![Azərbaycan buğda ilə özünü neçə faiz təmin edir? – NAZİRDƏN AÇIQLAMA Azərbaycan buğda ilə özünü neçə faiz təmin edir? – NAZİRDƏN AÇIQLAMA](https://bizim.media/file/articles/2022/01/30/1643568268_c016bc19-1b37-4703-b4db-6a38aa2b7415.jpg)
- A-
- A
- A+
İqtisadiyyat
22:44 / 30.01.2022
Azərbaycan buğda ilə özünü neçə faiz təmin edir? – NAZİRDƏN AÇIQLAMA
Hazırda oxunan: Azərbaycan buğda ilə özünü neçə faiz təmin edir? – NAZİRDƏN AÇIQLAMA
Hazırda oxunan: Azərbaycan buğda ilə özünü neçə faiz təmin edir? – NAZİRDƏN AÇIQLAMA
57880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.