Azərbaycan ötən il 1,1 mlrd. manatlıq meyvə-tərəvəz ixrac edib

Azərbaycan ötən il 1,1 mlrd. manatlıq meyvə-tərəvəz ixrac edib

Hazırda oxunan: Azərbaycan ötən il 1,1 mlrd. manatlıq meyvə-tərəvəz ixrac edib

57735

Ötən il Azərbaycan 630,368 mln. ABŞ dolları dəyərində (1,072 mlrd. manat) 641 603,91 ton meyvə-tərəvəz ixrac edib. 

Bizim.Media Dövlət Gömrük Komitəsinin hesabatna istinadən xəbər verir ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri illik müqayisədə 3,8%, həcmi isə 5,8% artıb. 

Meyvə-tərəvəzin ölkənin ümumi ixracındakı payı 2,84%-ə, qeyri-neft sektoru üzrə ixracındakı payı isə 23,23%-ə bərabər olub. 

Qeyd edək ki, həcm ifadəsində ən çox ixrac olun meyvə-tərəvəz növü xurma olub. Belə ki, 2021-ci ildə Azərbaycan 125,895 mln. dollarlıq (214,022 mln. manat) 174 158,19 ton xurma ixrac edib ki, bu da dəyər ifadəsində 37,5%, həcmi ifadəsində isə 37,5% çoxdur. 

Dəyər ifadəsində isə ötən il xaricə göndərilən meyvə-tərəvəz növləri arasında Azərbaycana ən çox valyuta gətirən pomidor olub.

Belə ki, 2021-ci ildə ölkə 160,229 mln. dollar (272,389 mln. manat) dəyərində 145 216,59 ton pomidor ixrac edib ki, bu da illik müqayisədə dəyər ifadəsində 20,4%, həcm ifadəsində isə 22,6% azdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO