7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq? – VİDEO

7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq? – VİDEO

Hazırda oxunan: 7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq? – VİDEO

576548

2026-cı ildən etibarən Azərbaycanın qeyri-dövlət sektorunda çalışan işçilərin əmək haqlarından tutulan vergilərin yenidən artırılması gözlənilir.

Bizim.Media xəbər verir ki, buna səbəb 2019-cu ildən tətbiq edilən 7 illik vergi güzəştinin başa çatmasıdır.

Həmçinin 2026-cı ildə bu vergi üzrə dövlət büdcəsinə əvvəlki illə müqayisədə 30 %-ə yaxın daha çox vəsaitin daxil olacağının proqnozlaşdırılmasıdır.
 

Təcrübədə bir çox sahələrdə işçilərlə əmək haqqı məbləği vergi və digər ödəmələr çıxıldıqdan sonra qalan məbləğ üzrə razılaşdırılır. Ekspertlər hesab edirlər ki, bu hal işə götürənlərin xərclərini artırmış olacaq.


Əks təqdirdə verginin işçinin öhdəsinə buraxılması əmək haqlarının azalmasına gətirib çıxaracaq.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, əgər güzəşt müddəti uzadılmasa, işçinin əmək haqqından 7% çox tutulma olacaq.

"Əgər bu güzəşt müddəti uzadılmasa, hazırkı ödənilən vergilər və tutulmalar, həmçinin 2026-cı ilin yanvar ayında tutulan ödəmələr arasında işçinin əmək haqqından daha 7% çox tutulma olacaq"- deyə o vurğulayıb.

Daha ətraflı Baku TV-nin videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO