Ötən il strateji valyuta ehtiyatları 4,8 faiz və ya 2,4 milyard ABŞ dolları artaraq 53 milyard ABŞ dollarını üstələyib.
Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, valyuta ehtiyatları 11,1 faiz artaraq 7,1 milyard ABŞ dollarına çatıb.
İqtisadiyyatda dollarlaşmanın azalması davam edib. 2021-ci ildə fiziki şəxslərin əmanətlərinin dollarlaşması 9,8 faiz bəndi azalaraq 41 faizə, kreditlərin dollarlaşması isə 4 faiz bəndi azalaraq 25,8 faizə enib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan ötən il 26 ölkəyə 27 mln. tondan çox neft ixrac edib - REYTİNQ
Valyuta bazarında tarazlıq qorunur ki, bu da xarici inflyasiyanın neytrallaşmasında həlledici rola malik məzənnə sabitliyini təmin edir. 2021-ci ildə valyuta hərraclarının 70 faizdə təklif tələbi üstələyib.
Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü 245 milyon ABŞ dolları təşkil edib.
Valyuta hərraclarında tələbin dəyişimi tsiklik xarakter daşıyır və cari ildə neft transfertlərinin ötən illə müqayisədə əhəmiyyətli artması şəraitində onun tənzimlənməsi üçün imkanlar genişdir.
Bizim.Media