“Akkuyu” Atom Elektrik Stansiyasında (AES) tezliklə elektrik enerjisi istehsalına başlanacaq.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
“Çox yaxında Akkuyu AES-də elektrik istehsalına başlayacağıq. Amma bununla yanaşı, bu sahədə digər layihələrimiz də var. Biz nüvə energetikasına investisiyaları davam etdirəcəyik və müxalifətin bizi diskreditasiya etməyə çalışan tənqidlərinə məhəl qoymayacağıq,” – deyə Ərdoöan deyib.
Qeyd edək ki, daha əvvəl, Türkiyə Energetika Naziri Alparslan Bayraktar açıqlamışdı ki, Ankara stansiyanın dörd reaktorundan birincisini 2026-cı ildə işə salmağı planlaşdırır.
Bizim.Media