Neftimizin qiyməti 70 dolları keçdi

Neftimizin qiyməti 70 dolları keçdi

Hazırda oxunan: Neftimizin qiyməti 70 dolları keçdi

574316

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,21 ABŞ dolları, yaxud 0,3 % artaraq 70,08 ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 68,33 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,2 ABŞ dolları və ya 0,29 % artaraq 68,44 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO