Ötən il Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “SOCAR Karbamid” zavodunun gəlirləri 6 dəfə artaraq 223 milyon manatdan çox olub.
Bizim.Media-nın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, son 3 il ərzində zavodda istehsal olunan karbamid gübrəsinin satışı 3 dəfə artmaqla, təxminən 372 min ton təşkil edib.
Müəssisədə istehsal olunan karbamid gübrəsi daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılır. Zavodun məhsullarının 87 %-i Braziliya, Türkiyə, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s. ölkələrə ixrac olunur.
Qeyd edək ki, “SOCAR karbamid” zavodu 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb.
Müəssisə azot gübrəsi idxalından asılılığın aradan qaldırılması, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:50 / 26.01.2022
“SOCAR Karbamid” zavodunun gəlirləri 6 dəfə artdı
Hazırda oxunan: “SOCAR Karbamid” zavodunun gəlirləri 6 dəfə artdı
Hazırda oxunan: “SOCAR Karbamid” zavodunun gəlirləri 6 dəfə artdı
57200
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.