Azərbaycanın icmal büdcəsinin profisiti bu il ÜDM-in 3,1%-nə bərabər olacaq - PROQNOZ

Azərbaycanın icmal büdcəsinin profisiti bu il ÜDM-in 3,1%-nə bərabər olacaq - PROQNOZ

Hazırda oxunan: Azərbaycanın icmal büdcəsinin profisiti bu il ÜDM-in 3,1%-nə bərabər olacaq - PROQNOZ

56605

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın icmal büdcəsinin profisitinin ÜDM-ə nisbətinin 3,1% səviyyəsində olacağını gözləyir.

Bizim.Media-nın reytinq agentliyinə istinadən verdiyi məlumata görə, gələn il profisitin ÜDM-in 1%-nə qədər daralması, 2024-cü ildə isə profisitin kəsirə dəyişərək ÜDM-in 1,1%-nə bərabər olacağı proqnozlaşdırılır.

Agentlik qeyd edir ki, Dövlət Neft Fondunun (ARDNF) topladığı əhəmiyyətli likvid aktivlər sayəsində güclü fiskal mövqe dəstəklənəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Gələn il Azərbaycanın icmal büdcəsi 33 milyard manata yaxın olacaq


Lakin S&P-nin analitikləri bildirir ki, hazırkı yüksək neft-qaz qiymətlərinin olduğu bir mühit Azərbaycanın iqtisadi, fiskal və tədiyə balansı göstəricilərinə fayda versə də, uzunmüddətli perspektiv daha az əlverişli görünür. Bu səbəbdən agentlik Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 2025-ci ildə 1,5%-ə çatacağını proqnozlaşdırır.

Xatırladaq ki, Maliyyə Nazirliyinin operativ məlumatına əsasən, ötən il icmal büdcə 7 335,3 mln. manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 922,3 mln. manat büdcə artıqlığı ilə (profisit) yekunlaşıb. Bu ÜDM-in 4,2%-ini təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO