Azərbaycan iqtisadiyyatı 6 faizə yaxın BÖYÜDÜ – 8 illik maksimum

Azərbaycan iqtisadiyyatı 6 faizə yaxın BÖYÜDÜ – 8 illik maksimum

Hazırda oxunan: Azərbaycan iqtisadiyyatı 6 faizə yaxın BÖYÜDÜ – 8 illik maksimum

56087

Azərbaycan iqtisadiyyatı 2021-ci ildə 5,6% böyüyüb.

Bizim.Media xəbər verir ki, bu göstərici 2013-cü ildən bəri Ümumi Daxili Məhsul (ÜDM)  üzrə qeydə alınan ən yüksək artım tempidir. 

Belə ki, ötən il qeyri-neft sektorunun artımı (ötən il 7,2%), yüksək neft qiymətləri və enerji sektorunda istehsalın artması şəraitində ötən il Azərbaycanda real ÜDM-in həcmi COVID-19 pandemiyasından əvvəlki ildə (2019-cu il) qeydə alınan göstəricini 1-1,1% üstələyib.

Ölkədə ötən ilin təkcə I rübündə real ÜDM illik müqayisədə 1,3% azalsa da, IV rübdə artım 7,3-7,5% təşkil edib.

Proqnozlara gəldikdə, Azərbaycan İqtisadiyyat Nazirliyi bu il ölkədə ÜDM-in real artımını 3,9% səviyyəsində olacağını gözləyir. Dünya Bankının son proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 3,1%, BMT-nin proqnozuna görə isə 4% artacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO