İlham Əliyevdən valyuta ehtiyatları barədə GÖSTƏRİŞ – “Azalmasına imkan verməməliyik”

İlham Əliyevdən valyuta ehtiyatları barədə GÖSTƏRİŞ – “Azalmasına imkan verməməliyik”

Hazırda oxunan: İlham Əliyevdən valyuta ehtiyatları barədə GÖSTƏRİŞ – “Azalmasına imkan verməməliyik”

55060

“Bizim valyuta ehtiyatlarımız artıb. Baxmayaraq ki, keçən il böyük xərclərimiz olub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev iqtisadi artımdan DANIŞDI: “Müharibədən çıxan ölkə üçün gözəl göstəricidir”


Dövlət başçısı hökümətə valyuta ehtiyatları ilə bağlı verdiyi göstəriş barədə məlumat verib.

“Ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb.

Mənim ümumi hökumətə göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq, çünki bu bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik olmadan siyasi müstəqilllikdən danışmaq mümkün deyil”, - deyə Prezident vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO