Azərbaycanda ötən il 287 min ton pambıq yığılıb

Azərbaycanda ötən il 287 min ton pambıq yığılıb

Hazırda oxunan: Azərbaycanda ötən il 287 min ton pambıq yığılıb

55005

Ötən təsərrüfat ilində Azərbaycanda 17 rayonda 100,5 min hektar ərazidə pambıq əkiilib, 286,7 min ton məhsul tədarük edilərək emal müəssisələrinə verilib.

Bizim.Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib.

"Bununla da hər hektar üçün orta məhsuldarlıq 28,5 sentner təşkil edib ki, bu da yüksək göstəricidir", - deyə o, qeyd edib.

Şöbə müdirinin fikrincə, gələcəkdə pambıq əkilərkən iqlim dəyişikliyinə adaptasiya olan texnologiyaların tətbiqinə üstünlük verilməlidir:
 

"Bu istiqamətdə nazirlik işlər aparır, yerli şəraitə uyğun yeni sortların yaradılması Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutundakı mövzuların əsasını təşkil edir.


Pambıqçılıqda qulluq işləri aqrotexniki qaydalara əsasən həyata keçirilsə də, nəzərə almalıyıq ki, qlobal iqlim dəyişikliyi fonunda dünyada müəyyən çətinliklər yaranıb. Kənd təsərrüfatı da iqlimdən asılı sahədir. Bizim ölkədə də bu il qlobal iqlim dəyişkliyi öz təzahürünü göstərib. Amma nazirlik daima fermerlərin yanındadır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO