Banklarda dolların alış qiyməti bahalaşdı - FOTO

Banklarda dolların alış qiyməti bahalaşdı - FOTO

Hazırda oxunan: Banklarda dolların alış qiyməti bahalaşdı - FOTO

54973

Azərbaycanın bəzi banklarında dolların alış qiyməti qalxıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadçı ekspert Samir Əliyev məlumat verib.

İqtisadçı “Facebook” hesabında bildirib ki, hazırda bəzi banklarda alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eyni olsa da, bəzilərində 1.60 və 1.65-dən başlayan dolların alış qiyməti 1.70-ə qaldırılıb. 

Onun sözlərinə görə, dolların alış qiymətinin qalxması FED-in bu günlərdə açıqlanması gözlənilən qərarı ilə bağlı deyil:

“İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instikti yaranır. Amma indi ilin əvvəlidir. Ona görə də hansı səbəbdən dolların alış qiymətinin bəzi banklarda qalxmasını araşdırmaq lazımdır. Maraqlı məsələ odur ki, satış bahalaşmayıb. Valyutadəyişmə məntəqələrində isə alış qiyməti həmişə banklarla müqayisədə baha olub.”

Qeyd edək ki, Mərkəzi Bankın bu gün açıqladığı rəsmi məzənnəyə əsasən, dolların satış qiyməti 1.70-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO