Subsidiyaların verilmə vaxtı dəyişdirildi - Nazirlikdən ÖZƏL

Subsidiyaların verilmə vaxtı dəyişdirildi - Nazirlikdən ÖZƏL

Hazırda oxunan: Subsidiyaların verilmə vaxtı dəyişdirildi - Nazirlikdən ÖZƏL

54953

“Bunu dəfələrlə izah etmişik. Subsidiyanın bəyan edilməsi (əkin-biçin haqqında) dekabrın 30-da başa çatıb. İki həftə əvvəl olub və yanvar ayı ərzində monitorinqlər aparılır. Fevral-martda subsidiyalar olur. Qrafikin olduğunu hamı bilir”.

Bizim.Media-ya özəl açıqlamasında bunları deyən Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov xatırladıb ki, əvvəllər əkin-biçin, alqı-satqı olurdu və təsərrüfatçılar subsidiyaları ilin sonunda alırdılar:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 30 milyard manatın istifadəsinə başlanılıb – RƏSMİ 


“Subsidiyaların verilməsini ilin əvvəlinə salmışıq ki, camaatda pul olsun və xərclərin bir hissəsini ödəsinlər”. 

Qeyd edək ki, açıqlamanı almaqda məqsəd daha çox sahibkarlar arasında yayılan “subsidiyalar dayandırılır” şayiələrinə aydınlıq gətirmək və bu sahədə fəaliyyət göstərənlərin narahatçılığını aradan götürməkdir. Məlumatdan da göründüyü kimi, narahatçılığa heç bir əsas yoxdur, subsidiyaların verilməsi davam etdirilir.

Onu da deyək ki, Aqrar Subsidiya Şurası 2022 ci il üzrə bitkiçilik sahəsində yeni qərarlar qəbul edib. Belə ki, 2021- 2022 ci il üçün yenilənmiş subsidiya əmsalları var.

Daha ətraflı məlumat üçün linkdən istifadə edin:

Microsoft Word - Aqrar Subsidiya Şurasının Protokolundan Çıxarış_sayt.docx (akia.gov.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO