50 manatlıq pul nişanı müsabiqədə finala çıxdı - DETALLAR

50 manatlıq pul nişanı müsabiqədə finala çıxdı - DETALLAR

Hazırda oxunan: 50 manatlıq pul nişanı müsabiqədə finala çıxdı - DETALLAR

54800

Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin əvvəlindən yenilənərək tədavülə buraxdığı 50 manatlıq pul nişanı bu ilin ən mükəmməl banknotu kimi finalçılar sırasına seçilib.

Bizim.Media bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, ABŞ-ın tanınmış “Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) “2022-ci ilin Ən Mükəmməl Yeni Pul Nişanı” nominasiyası üzrə beynəlxalq müsabiqə keçirib və bu müsabiqəyə bir sıra ölkələrin, o cümlədən Avropa, İngiltərə, Avstraliya, Meksika, İndoneziya, Azərbaycan, Qazaxıstan, Sinqapur, Filippin və digər ölkələrin mərkəzi banklarının ötən il tədavülə buraxdığı pul nişanlarını cəlb edib.

Bundan əvvəl yeni 50 manatlıq pul nişanını ötən ilin noyabr ayında Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda “ən təhlükəsiz mühafizə sisteminə malik banknot” nominasiyası üzrə qalib seçib.

“Müstəqil Azərbaycan” mövzusuna həsr olunmuş milli pul nişanları konsepsiyası çərçivəsində təhsil və gələcəyimizin inkişafına hədəflənmiş yenilənmiş 50 manatlıq pul nişanı üzərində inkişaf rəmzi olan - “Pillələr”, təhsilin önəmli kateqoriyaları olan “Təhsil ocağı”, “Şagird”, “Tələbə” təsvirləri, milli xalça naxışları və ornamentlər təsvir edilmiş, ən son texnoloji yenilikləri özündə əks etdirən mühafizə sistemləri ilə təchiz edilib.

Hazırda yenilənmiş 50 manatlıq pul nişanı dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO