Azərbaycanda “Smart” arı yeşikləri hazırlanır - Sensorlar məlumatları ötürəcək

Azərbaycanda “Smart” arı yeşikləri hazırlanır - Sensorlar məlumatları ötürəcək

Hazırda oxunan: Azərbaycanda “Smart” arı yeşikləri hazırlanır - Sensorlar məlumatları ötürəcək

54279

 AMEA Yüksək Texnologiyalar Parkında (YTP) “Smart” arı yeşikləri istehsal ediləcək.

YTP-dən Bizim.Media-ya verilən məlumata görə, məhsul Texnoparkda yeni rezidentlik statusu alan “BEYT” şirkəti tərəfindən təşkil olunacaq.

İstehsal ediləcək bu məhsul xüsusi cihazların sensorlar vasitəsilə yeşiklərdə temperatur, coğrafi yerləşmə və yerdəyişmə, arıların hərəkəti və xəstəliklərinin diaqnostikası kimi üstünlüklərə malik olacaq.

Yüksək ixrac potensialı olan məhsul bu günədək Azərbaycana əsasən Fransadan gətirilib və layihənin ölkədə həyata keçirilməsi rəqabətə dözümlü yerli intellektual məhsulların istehsal edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Arı yeşiklərində yerləşdirilən sensorlar məlumatları mobil telefona və ya birbaşa kompüterə ötürmək imkanına malikdir. Bu proseslərə bulud sistemi vasitəsilə vahid mərkəzdən nəzarət etmək mümkün olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO