2021-ci ilin ildə Bakı metropoliteni tərəfindən 90,232 mln sərnişin daşınıb ki, bunun 87,181 mln. nəfəri ödənişli olub.
“Bakı metropoliteni” QSC-dən Bizim.Media-ya verilən məlumata görə, bu göstəricilər 2019-cu illə müqayisədə 62% azalıb.
Ötən il ərzində metropoliten pandemiya səbəbindən sərnişindaşıma fəaliyyəti göstərdiyi 186 gün ərzində orta statistik hesabla gün ərzində 485 mindən çox (468 mindən çox ödənişli olmaqla) sərnişin daşıyıb.
Ümumən, 2021-ci ilin bütün günləri nəzərə alınarsa, orta statistik gündəlik sərnişindaşıma 247 min 212 (238 min 853 ödənişli olmaqla) sərnişin təşkil edib.
Müqayisə üçün qeyd edək ki, metropoliten pandemiyadan əvvəlki sonuncu il – 2019-cu il ərzində 236,68 mln. (o cümlədən 229,72 mln. ödənişli) sərnişin daşıyıb. Bu isə orta gündəlik 648,4 min (o cümlədən 629,3 min ödənişli) sərnişin deməkdir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:06 / 06.01.2022
Bakı metrosunda sərnişin sayı kəskin azalıb - STATİSTİKA
Hazırda oxunan: Bakı metrosunda sərnişin sayı kəskin azalıb - STATİSTİKA
Hazırda oxunan: Bakı metrosunda sərnişin sayı kəskin azalıb - STATİSTİKA
54098
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.