Portuqaliyanın Leyriya dairəsində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Portuqaliyanın Leyriya dairəsindən quşçuluq məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, diri quşların Azərbaycandan tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
00:17 / 06.01.2022
Bu ölkədən Azərbaycana idxala qadağa qoyuldu
Hazırda oxunan: Bu ölkədən Azərbaycana idxala qadağa qoyuldu
Hazırda oxunan: Bu ölkədən Azərbaycana idxala qadağa qoyuldu
54011
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.