Naxçıvana qaz Türkmənistanla imzalanan müqaviləyə əsasən göndərilir - SOCAR

Naxçıvana qaz Türkmənistanla imzalanan müqaviləyə əsasən göndərilir - SOCAR

Hazırda oxunan: Naxçıvana qaz Türkmənistanla imzalanan müqaviləyə əsasən göndərilir - SOCAR

53914

İlin əvvəlindən Naxçıvana qaz nəqli Türkmənistanla imzalanan müqaviləyə əsasən aparılır.

Bizim.Media xəbər verir ki, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O qeyd edib ki, Azərbaycan ilə Türkmənistan arasında imzalanmış müqaviləyə əsasən ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq ilin əvvəlindən Azərbaycana təhvil verilir.

"Qaz Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunur. Gətirilən qazın qalan həcmi isə Astara yaxınlığında təhvil alınacaq. İrandan gəlmiş nümayəndə heyəti ilə birlikdə bunun üçün texniki hazırlıq işləri aparılır. Sözügedən saziş əsasında Azərbaycana ümumilikdə (hər iki istiqamət üzrə) gündəlik 4 milyon kubmetrdən çox təbii qazın nəql olunması nəzərdə tutulur",- deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO