Ötən il Azərbaycanda nə qədər ipoteka verilib? - RƏSMİ

Ötən il Azərbaycanda nə qədər ipoteka verilib? - RƏSMİ

Hazırda oxunan: Ötən il Azərbaycanda nə qədər ipoteka verilib? - RƏSMİ

53900

2021-ci il ərzində Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 354,402 mln. manat həcmində 5 270 ipoteka krediti verib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya İKZF-nin məlumatları əsasında aparılan hesablamalarda yer alıb.

Mənbə qeyd edir ki, verilən kreditlərin həcmi 2020-ci il ilə müqayisədə 41,5%, sayı isə 46,3% artıb. Zəmanət verilmiş kreditlərin ümumi məbləği isə ötən il ərzində 9,3 dəfə azalaraq 17,378 mln. manat təşkil edib.
Qeyd edək ki, təkcə dekabr ayında İKZF xətti ilə 28,317 mln. manatlıq 373 ipoteka verilib ki, bu da noyabr ayı ilə müqayisədə məbləğ ifadəsində 24,2% say ifadəsində isə 20,3% çoxdur.

Zəmanət verilmiş kreditlərin ümumi məbləği 13,4 mln. təşkil edib ki, bu da aylıq müqayisədə 119,6 dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO