Avronun 20 yaşı tamam oldu

Avronun 20 yaşı tamam oldu

Hazırda oxunan: Avronun 20 yaşı tamam oldu

53508

Düz 20 il əvvəl vahid Avropa valyutası nağd pul formasını əldə edib: 2002-ci il yanvarın 1-də 12 ölkənin sakinləri ilk avro əskinaslarını və sikkələrini alıblar.

Bizim.Media “Euronews” telekanalına istinadən xəbər verir ki, bundan əvvəl avro üç il ərzində nağdsız formada mövcud olub. Avropanın maliyyə nazirləri yubileyi təvazökar bir mərasimlə qeyd ediblər.

Bu gün avro dünyanın ehtiyat valyutalarından birinə çevrilib və 340 milyon əhalisi olan 19 ölkədə milli pulu əvəz edib. 

France-Presse qeyd edir ki, növbəti illərdə daha bir neçə dövlət, o cümlədən Bolqarıstan, Xorvatiya və Rumıniya avrozonanın nüfuzlu “klubuna” qoşula bilər.

Çoxdan vahid Avropa valyutasına keçən ölkələrdə bu keçid əhali arasında yekdil dəstək tapmır: skeptiklər bəzi malların qiymətlərinin artdığını qeyd edirlər. 
AFP yazır ki, bəzi ucuz gündəlik mallar qiymətlərin yuvarlaqlaşdırılması səbəbindən bahalaşıb, lakin digər, daha bahalı məhsulların qiymətləri artmayıb. Bundan əlavə, avronun tətbiqi əksər ölkələrdə inflyasiyanı sabitləşdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO