Tibbi xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılacaq - DETALLAR

Tibbi xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılacaq - DETALLAR

Hazırda oxunan: Tibbi xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılacaq - DETALLAR

53471

“Bu gündən etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi geri qaytarılacaq. Vətəndaşlarımız tibb müəssisələrində ödənişlər edən zaman “ƏDV-ni geri al” mexanizmdən istifadə edə biləcəklər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Facebook səhifəsində deputat Vüqar Bayramov yazıb. 

O xatırladıb ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.

“Əgər vətəndaşımız tibb müəssisəsində 1000 manatlıq ödəniş edibsə onun ödədiyi ƏDV 180 manatdır. Bu halda həmin vəsaitin 15 faizi, yəni 27 manatı vətəndaşımızın hesabına geri qaytarılacaq. Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyatlarda nağdlı hesablaşmalar 500 manatadək məhdudlaşdırılır. Həmin məbləğdən artıq vəsaitlər yalnız nağdsız şəkildə ödəniləcək.

Bu baxımdan, 1000 manatlıq ödəniş yalnız nağdsız olduğu üçün o əməliyyat üzrə 15 faiz geri qaytarma həyata keçiriləcək.

2022-ci ildə Sizlərə sağlam həyat arzulayıram, amma tibbi xidmətlərindən istifadəyə ehtiyac olarsa o zaman  ƏDV-ni geri almağı da unutmamaq lazımdır”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO