Rusiya TIR-ları limiti aşıb, Astarada tıxac yaradıb

Rusiya TIR-ları limiti aşıb, Astarada tıxac yaradıb

Hazırda oxunan: Rusiya TIR-ları limiti aşıb, Astarada tıxac yaradıb

5329

Xəbər verdiyimiz kimi, beş gündən artıqdır ki, Bakı-Astara-İran sərhəddi istiqamətində Rusiyadan yük daşıyan ağır tonajlı avtomobillərin 30 km-lik tıxacı yaranmışdı. 

Bizim.Media-nın aldığı son xəbərə görə, Rusiyadan İrana keçmək istəyən yük maşınların yaratdığı sıxlıq hələ də davam etməkdədir. Hazırda tıxac təxminən 8-10 km-lik uzunluqda yolu əhatə edir.

MÖVZU İLƏ BAĞLI:

İrana keçmək istəyən yüzlərlə Rusiya TIR-ları 30 km məsafədə tıxac yaradıb - VİDEO


Məsələ ilə bağlı Dövlət Gömrük komitəsindən məlumat almaq cəhdimiz dəfələrlə uğursuzluğa düçar oldu. Komitə məsələ ilə bağlı heç bir mövqe bildirmədi.

Region üzrə əməkdaşımızın yerli gömrük orqanlarından əldə etdiyi məlumata görə, tıxaca səbəb Dağıstan ərazisindən keçən Rusiya TIR-larının gündəlik limiti aşmalarıdır. Gün ərzində Astara Gömrüyündən ancaq 80 Rusiya yük avtomobilinin keçməsi planlaşdırılıb.

Onlar isə son günlərdə İrana doğru axın ediblər və nəticədə limit həddi aşılıb. Hazırda problemin həll edilməsi üçün əlavə tədbirlər görülür. Həftə sonuna kimi məsələnin çözüləcəyi güman edilir.

Əməkdaşımızın verdiyi məlumatda o da qeyd olunur ki, gömrük keçid məntəqəsində Azərbaycan və Türkiyə TIR-ları ilə bağlı heç bir problem yoxdu. Onların hərəkəti qrafikə uyğun şəkildə icra olunur.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO