Mərkəzi Bank gələn il üçün pul siyasətinin əsas istiqamətlərini AÇIQLADI

Mərkəzi Bank gələn il üçün pul siyasətinin əsas istiqamətlərini AÇIQLADI

Hazırda oxunan: Mərkəzi Bank gələn il üçün pul siyasətinin əsas istiqamətlərini AÇIQLADI

53157

Gələn il Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasəti ölkədə dayanıqlı qiymət sabitliyinin təmin olunmasına, infliyasiyanın elan edilmiş hədəf çərçivəsinə qaytarılması və dayanıqlı lövbərləşməsinə yönəldiləcək.

Bizim.Media xəbər verir ki, bu barədə AMB-nin bəyanatında qeyd olunur.

Bəyanatda həmçinin bildirilir ki, baza proqnozlarına görə yüksək dəyişkənliyə malik qeyri-monetar amillər hesabına formalaşan inflyasiyanın növbəti ilin sonuna hədəf diapazonunun yuxarı həddinə yaxınlaşacağı gözlənilir.

Proqnozlaşdırılan profisitli tədiyyə balansı, dövlət büdcəsinə Azərbaycan Dövlət Neft Fondundan transferlərin əhəmiyyətli artımı 2022-ci ildə də daxili valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin dayanıqlılığını dəstəkləyəcək.

AMB gələn il də maliyyə sektorunun sabitliyinin təmin olunması, maliyyə inklüzivliyinin genişləndirilməsi, sığorta və kapital bazarlarının dərinliyinin artırılması, milli ödəniş sisteminin təhlükəsiz, fasiləsiz və davamlı fəaliyyətinin təmin edilməsini diqqət mərkəzində saxlayacaq.

2022-ci il və orta müddətli stratreji dövrdə də AMB-nin əsas proritetlərindən biri kommunikasiyanın effektivliyininin və əhatəliliyinin genişləndirilməsi olacaq.

Bu, həm iqtisadi subyektlərin gözləntilərinin effektiv idarə olunmasına, həm də makroiqtisadi kordinasiyanın effektivliyinin daha da gücləndirilməsinə imkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO