Bu ilin oktyabrında Türkiyəyə təbii qaz idxalı 15,2% artaraq 4 milyard 657 milyon kubmetrə çatıb.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.
Hesabat dövründə boru kəmərləri ilə Türkiyəyə təbii qaz idxalı 6,9% azalıb, tankerlərlə tədarük isə 105,5% artıb.
Oktyabrda Türkiyə ən böyük həcmdə təbii qazı Rusiyadan alıb - 1 milyard 865 milyon kubmetr. Bunu 888 milyon kubmetrlə ABŞ və 762 milyon kubmetrlə Azərbaycan izləyir.
Bu dövrdə Rusiya və Azərbaycandan idxal müvafiq olaraq 8,8% və 30,9% azalıb, ABŞ-dan tədarük olunan qazın həcmi isə 748% artıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:10 / 28.12.2021
Türkiyə əsas qaz tədarükçülərinin adını açıqladı: Azərbaycan TOP-3-dədir
Hazırda oxunan: Türkiyə əsas qaz tədarükçülərinin adını açıqladı: Azərbaycan TOP-3-dədir
Hazırda oxunan: Türkiyə əsas qaz tədarükçülərinin adını açıqladı: Azərbaycan TOP-3-dədir
52838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.