Ərdoğan: “Türkiyə dünyanın ilk 10 iqtisadiyyatına daxil olmağı hədəfləyir”

Ərdoğan: “Türkiyə dünyanın ilk 10 iqtisadiyyatına daxil olmağı hədəfləyir”

Hazırda oxunan: Ərdoğan: “Türkiyə dünyanın ilk 10 iqtisadiyyatına daxil olmağı hədəfləyir”

52300

Türkiyə dünyanın on aparıcı iqtisadiyyatından biri olmağı hədəfləyir. 

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu cümə günü İstanbulda Dolmabaxça sarayında iqtisadçılarla görüşdə prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyənin indiki hökumətinin iqtisadi proqramı məhz buna yönəlib.

Türkiyə dövlətinin başçısı xatırladıb ki, rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə Beynəlxalq Valyuta Fonduna (BVF) borc silinib.

“AKP hakimiyyəti illərində Türkiyə tarixində ilk dəfə olaraq mütərəqqi inkişafa başladı. Türkiyə Mərkəzi Bankının ehtiyatları bu gün 115 milyard dolları ötüb. Bütün bunlar Türkiyə əleyhinə olan dairələrin narazılığa səbəb olur. Son 9 ildə ölkəmiz iqtisadi və siyasi sahədə də daxil olmaqla, hücumlara və təzyiqlərə məruz qalıb. Valyuta bazarlarındakı son manipulyasiyalar bununla bağlıdır”, - Türkiyə lideri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO