Azərbaycan gələn il sosial xərclərdə Niderlandı geridə qoyacaq – Millət vəkili

Azərbaycan gələn il sosial xərclərdə Niderlandı geridə qoyacaq – Millət vəkili

Hazırda oxunan: Azərbaycan gələn il sosial xərclərdə Niderlandı geridə qoyacaq – Millət vəkili

52145

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də “2022-ci il Dövlət Büdcəsinin təsdiq edilməsi haqqında” fərman imzalayıb. Bu müstəqillik illərininin milli valyuta ifadəsində ən böyük büdcəsinin təsdiqidir. Belə ki, gələn il Azərbaycanda dövlət büdcəsindən 30 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, millət vəkili Vüqar Bayramov özünün “facebook” hesabından yazdığı statusda 2022-ci il üçün dövlət büdcəsini şərh edib.

Millət vəkili sosial xərclərin 2022-ci ildə mühüm yer tutacağını qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Gələn il Azərbaycanda iqtisadi xərclərə ayrılacaq vəsaitin MƏBLƏĞİ – Nələrə xərclənəcək?


“2022-ci ildə eyni zamanda ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45 faizdən çox olacaq. Büdcə xərclərinin 46.4 faizinin sosial istiqamətə yönəldilməsi gələn ildə də sosial təminat məsələlərinin prioritet olacağından bir daha xəbər verir. Bu gələn il yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir”.

Deputat gələn ilin büdcəsində sosial xərclərin payının bir sıra inkişaf etmiş ölkələrdən daha yüksək olacağını da diqqətə çatdırıb:

“Gələn il büdcəsində mühim məqamlardan biri də Azərbaycanda sosial xərclərin ÜDM-də payının artmasıdır. Belə ki, ölkəmizdə gələn il bu göstərici 16 faizdən çox olacaq.  Bu isə hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir. Məsələn, sosial xərclərin ÜDM-də payı Niderlanda 16.0 %, İrlandiyada 13.4 %, Koreyada 12.6 %, Çilidə 12.2 %, Türkiyədə 12.0 %, Meksikada 7.5 fazidir. Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20 faizdir.  Azərbaycan bu göstərici üzrə OECD ortalamasına yaxınlaşmaqdadır”. 

Vüqar Bayramov işğaldan azad olunan ərazilərdə görüləcək bərpa işləri üçün ayrılan vəsaitin miqdarına da toxunub:

“Gələn il işğaldan azad olunan ərazilərimizin bərpası üçün 2.2 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bu isə o deməkdir ki, 2021 və 2022-ci illərdə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 4.4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu cari məzənnə ilə 2 milyard 588 milyon dollar vəsaitin ayrılması deməkdir. Təqdirə layiq haldır ki, Azərbaycan işğaldan azad olunan ərazilərimizi hər hansı xarici borclanmaya getmədən, yalnız daxili mənbələr hesabına bərpa edir və yenidən qurur”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO