Sığortalanan bitki və heyvan növlərinin sayı artırıldı

Sığortalanan bitki və heyvan növlərinin sayı artırıldı

Hazırda oxunan: Sığortalanan bitki və heyvan növlərinin sayı artırıldı

52003

Kənd təsərrüfatında sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin 398 nömrəli qərarına dair izahına əsasən, Qərarda günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkilərinin, həmçinin xırdabuynuzlu və ətlik istiqmətli iribuynuzlu heyvanların aqrar sığortanın predmetinin tərkibinə əlavə edilməsi nəzərdə tutulmuşdur.
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlər Kabinetindən YENİ QƏRAR - DƏYİŞİKLİK EDİLDİ


Belə ki, müvafiq dəyişikliklə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə sığortalanan bitkilərin sayının 14 növdən 41 növədək artırılmasına, kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə isə yalnız südlük istiqamətli iribuynuzlu heyvanlar deyil, xırdabuynuzlu və ətlik istiqamətli iribuynuzlu heyvanların da aqrar sığorta sistemi çərçivəsində sığortalanmasına imkan yaranacaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO