Ölkədə qrant müsabiqələri keçirilir: Hər layihə üçün 20 min manat mükafat ayrılır

Ölkədə qrant müsabiqələri keçirilir: Hər layihə üçün 20 min manat mükafat ayrılır

Hazırda oxunan: Ölkədə qrant müsabiqələri keçirilir: Hər layihə üçün 20 min manat mükafat ayrılır

51984

Mikro, kiçik və orta biznesi dəstəkləyən qrant müsabiqələri KOB-lara maliyyə dəstəyi göstərilməsi, onların potensialının, səmərəlilik drayverlərinin daha dəqiq müəyyən edilməsi, ideyalarının effektivliyinin qiymətləndirilməsi baxımdan önəmlidir.

Bizim.Media xəbər verir ki, bununla bağlı informasiyanı İqtisadiyyat Nazirliyi yayıb.

Mənbə qeyd edir ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli qərarına uyğun olaraq, Agentlik tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək sahələrində KOB subyektlərinin layihələri maliyyələşdirilir. 

Bu, Agentlik tərəfindən keçirilən müsabiqələr vasitəsilə həyata keçirilir. Müsabiqələr KOBİA tərəfindən il ərzində iki dəfədən az olmayaraq keçirilir.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir. 
 

Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatadəkdir. Müsabiqəyə təqdim edilən layihələr Ekspert Komissiyası tərəfindən qiymətləndirilir və maliyyələşdirmə barədə qərar qəbul olunur.


Qeyd edək ki, artıq ilk müsabiqə Agentlik tərəfindən bu il keçirilib və 300-dən çox layihə təklifinin daxil olduğu müvafiq istiqamətlər üzrə 15 layihə maliyyələşdirilib.

Hər layihənin ayrı-ayrılıqda maliyyələşdirilməsi üçün minimum 14 min, maksimum 20 min manat həcmində vəsait ayrılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO