Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniyanın arasında ticarət dövriyyəsinin həcmi 589,848 ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 46,3% çoxdur.
Bizim.Media-nın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 339,383 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 2,6 dəfə çoxdur.
İdxal isə 250,464 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 8,6% azdır.
Nəticədə, 2021-ci ilin ilk on bir ayında 88,919 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Xatırladaq ki, ötən ilin eyni dövründə ticarət saldosu mənfi idi və 144,640 mln. dollara bərabər idi.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:06 / 22.12.2021
Azərbaycanın Britaniyaya ixracı üç dəfəyədək artdı - MƏBLƏĞ
Hazırda oxunan: Azərbaycanın Britaniyaya ixracı üç dəfəyədək artdı - MƏBLƏĞ
Hazırda oxunan: Azərbaycanın Britaniyaya ixracı üç dəfəyədək artdı - MƏBLƏĞ
51969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.