Azərbaycan bu il 26 ölkəyə 25 milyon tondan çox neft ixrac edib – FOTO

Azərbaycan bu il 26 ölkəyə 25 milyon tondan çox neft ixrac edib – FOTO

Hazırda oxunan: Azərbaycan bu il 26 ölkəyə 25 milyon tondan çox neft ixrac edib – FOTO

0:00
0:00
51749

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İtaliyaya 5 772 671,89 min ABŞ dolları dəyərində 12 093 336,61 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Bizim.Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Xorvatiya qərarlaşıb.

Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 751 238,16 min dollar dəyərində 1 530 609,18 ton neft ixrac edib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İsrail tutur. Yanvar-noyabr aylarında bu ölkəyə 780 097,43min dollar dəyərində 1 530 311,38 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin yanvar-noyabr aylarında 26 ölkəyə 12 285 430,87 min dollarlıq 25 537 504,3 ton neft ixrac edib.

Azərbaycanın cari ilin yanvar-noyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi təqdim edirik:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO