Azərbaycanda 2022-2024-cü illərdə neft hasilatı 34 milyon tonu keçəcək – PROQNOZ

Azərbaycanda 2022-2024-cü illərdə neft hasilatı 34 milyon tonu keçəcək – PROQNOZ

Hazırda oxunan: Azərbaycanda 2022-2024-cü illərdə neft hasilatı 34 milyon tonu keçəcək – PROQNOZ

0:00
0:00
51727

Azərbaycanda 2022-2024-cü illərdə 34 milyon tondan çox neftin hasil olunacağı proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, qaz hasilatının artım dinamikası nəzərə alınarsa, 2024-cü ilədək bu göstəricinin 50 milyard kubmetrədək çatması gözlənilir.

Nazir bildirib ki, 2021-ci il noyabrın sonunadək uzunmüddətli müqavilələr və qısamüddətli spot əməliyyatları ilə Avropaya 7,3 milyard kubmetrə yaxın təbii qaz nəql olunub.

"Bu, avropalı istehlakçılara səmərəli şərtlərlə təbii qaz tədarükünə kömək edib, enerji və ekoloji təhlükəsizliyini təmin edib. Eyni zamanda, Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq potensialı var. Əgər avropalı istehlakçıların qaza əlavə tələbatı yaranarsa, bu istiqamətdə müvafiq tədbirlər görülə və bizim tədarüklərimizin coğrafiyası genişləndirilə bilər. Qərbi Balkan regionuna, Şərqi Avropanın digər ölkələrinə qaz tədarükü başlaya bilər", - deyə nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO