Gələn il hansı Avropa ölkələri Azərbaycan qazını alacaq? – Vüqar Bayramovdan AÇIQLAMA

Gələn il hansı Avropa ölkələri Azərbaycan qazını alacaq? – Vüqar Bayramovdan AÇIQLAMA

Hazırda oxunan: Gələn il hansı Avropa ölkələri Azərbaycan qazını alacaq? – Vüqar Bayramovdan AÇIQLAMA

51173

“Azərbaycan ixracatının 50%-dən çoxu məhz Aİ-nin payına düşür. Ona görə də kifayət qədər prespektivdə əməkdaşlıq imkanları var. Gözlənilir ki, iki tərəf arasındakı münasibətlər, xüsusən də Brüsseldə keçirilən görüşlər və şərqi tərəfdaşlıq sammitindən sonra bu əməkdaşlıq daha da dərinləşəcək”.   

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar Bayramov imzalanan Şərq Tərəfdaşlığı Zirvə toplantısının Birgə Bəyannaməsinə münasibət bildirərkən deyib.

MÖVZU İLƏ BAĞLI:

“Nabukkonun yenidən reallaşması müzakirə olunmur” - Vüqar Bayramov


Deputat qeyd edib ki, hazırda Azərbaycan Avropa Birliyinin mavi qaza olan tələbini ödənilməsində fəal iştirak edən ölkələrindən biridir. 

“2021-ci ildə Azərbaycan Avropaya 7 milyard kubmetrdən artıq mavi qaz nəql edib. Bu rəqəm 2022-ci ildə 9 milyard kubmetrə çatacaq. Artıq 2023-cü ildə bu nəql 10 milyard kubmetrdən artıq mavi qazın Avropaya nəql edilməsi nəzərdə tutulur. Bütövlükdə, Avropa Birliyinə I mərhələdə 10, II mərhələdə 20 milyard kubmetr mavi qazın nəqli planlaşdırılır”.

Yaxın gələcəkdə Avropada Azərbaycanın mavi qazından istifadə edən ölkələrin sayında da artımın olacağı barədə danışan Vüqar Bayramov bu yaxınlarda Bolqarıstanın Azərbaycandan 2 milyard kubmetr mavi qaz almağı planlaşdırdığını da vurğulayıb. 

“İtaliya artıq Azərbaycandan əsas mavi qaz alan ölkələrdəndir. Həmin ərazidə yerləşən bir neçə ölkədə Azərbaycanın bu təbii sərvətindən faydalanır. Bu baxımdan enerji sahəsindəki əməkdaşlıq kifayət qədər prespektivlidir və Aİ də Cənubu Qaz Dəhlizinin tamamlanmasını alqışlayır. Aİ bu əməkdaşlığa xüsusi diqqət ayırır”.

Sonda iqtisadçı deyib ki, hazırda Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 

“Azərbaycan ümumi ticarət dövriyyəsinin 40%-dən çox AB-nin payına düşür. Pandemiyadan əvvəlki ümumi ticarət dövriyyəsinin 12.9 milyard dollar idi. 2020-ci ildə bu rəqəm pandemiya səbəbilə 9.3 milyarda qədər düşməsinə baxmayaraq, yenidən artımın olacağı gözlənilir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO