Bu gün Astara, Qazax, Ucar, Ağdaş, Zaqatala, Ağdam və Quba rayonlarında icra olunacaq “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində 7 layihənin qrant müqavilələri imzalanıb.
Yaponiyanın Azərbaycandakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, 7 qrant layihəsinin ümumi məbləği 1 milyon manatdan çoxdur.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan Gürcüstana 3,3 milyard dollar investisiya yatırıb” - Mikayıl Cabbarov
Bu gün imzalanmış müqavilələr də daxil olmaqla, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 275 qrant müqaviləsi imzalanıb və bu müqavilələrdə nəzərdə tutulan yardımın ümumi məbləği 39 milyon manatı keçib.
Qeyri-hökumət təşkilatı rəhbərləri Yaponiya Hökumətinə “Ot Kökləri ” üzrə Qrant Yardımının həyata keçirdiyi üçün öz təşəkkürünü bildirib.
Bizim.Media