Baş nazirin müavini:

Baş nazirin müavini: "Azərbaycan Rusiyaya ən böyük idxalçılardan biridir"

Hazırda oxunan: Baş nazirin müavini: "Azərbaycan Rusiyaya ən böyük idxalçılardan biridir"

0:00
0:00
51031

"Ötən il Rusiya ilə Azərbaycan arasında ərzaq dövriyyəsi 1,3 milyard dollara çatıb ki, bu da bir il əvvəlkindən 6% çoxdur".

Bizim.Media "TASS"-a istinadən xəbər verir ki, bu barədə “İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” adlı konfransda çıxışı zamanı Baş nazirin müavini Şahin Mustafayev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandan Rusiyaya ilk “Aqroekspress” yola salındı


Baş nazirin müavini Azərbaycanın Rusiyaya ən böyük kənd təsərrüfatı məhsulları idxalçısı olan 10 ölkədən biri olduğunu açıqlayıb.

"Bu il Azərbaycandan Rusiya bazarına kənd təsərrüfatı məhsullarının tədarükündə ciddi artım var. 2021-ci ilin 10 ay ərzində 450 milyon dollarlıq məhsul tədarük edilib. Tədarük həcminin artırılması hələ 2014-cü ildə iki ölkə prezidentləri tərəfindən razılaşdırılıb və müvafiq göstərişlər verilib", - deyə Ş.Mustafayev əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO