Azərbaycandan Rusiyaya ilk “Aqroekspress” yola salındı

Azərbaycandan Rusiyaya ilk “Aqroekspress” yola salındı

Hazırda oxunan: Azərbaycandan Rusiyaya ilk “Aqroekspress” yola salındı

51030

Azərbaycan “Aqroekspress” layihəsi çərçivəsində Rusiyaya ilk qatarı göndərib.

Bizim.Media "TASS"-a istinadən xəbər verir ki, bu barədə “İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” adlı konfransda çıxışı zamanı Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan bu mühüm layihəyə böyük önəm verir.

“Biz çalışacağıq ki, bu sahədə işi daha da sürətləndirək. Şübhəsiz ki, bu layihə, məhsulun Rusiya bazarına çatdırılmasının sürətini və keyfiyyətini təmin etməyə kömək edəcək”, - deyə Ş.Mustafayev əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO