Bu il 254 min pensiya, müavinət təyinatı e-qaydada aparılıb

Bu il 254 min pensiya, müavinət təyinatı e-qaydada aparılıb

Hazırda oxunan: Bu il 254 min pensiya, müavinət təyinatı e-qaydada aparılıb

0:00
0:00
50931

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, bu ilin 1 dekabr tarixinədək 254 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada olmaqla proaktiv şəkildə həyata keçirilib. Onlardan 47 mini pensiya, 207 mini müavinət və təqaüd təyinatı olub.

O cümlədən, bu ilin 11 ayında 128,3 min pensiya, müavinət və təqaüd rəqəmsal infrastruktur üzərindən təyin edilib.

Nazirliyin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda bu hüququn müraciət olunmadan və sənəd təqdim edilmədən avtomatik reallaşdırılmasını təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO