Azərbaycanda “Lotoreyalar haqqında” qanuna “Virtual lotereya” anlayışı daxil edilir.
Bizim.Media xəbər verir ki, bu, qanuna əlavələr edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, virtual lotoreya uduşlu lotereya biletlərinin sahiblərinə uduşların təqdim edilməsi ilə müşayiət olunan və (və yaxud) mərc imkanları yaradan kompüter alqoritmləri vasitəsi ilə keçmişdə baş vermiş real idman və digər yarışlar sırasından seçilmiş yarışlar əsasında və (və yaxud) kompüter alqoritmləri vasitəsi ilə simulyasiya edilən və ya yaradılan lotereya formasıdır.
Bundan başqa, qanuna “Virtual mühit” anlayışı da daxil edilir.
Söhbət lotereya təşkilatçısının lotereyaların oynanılması üçün yaratdığı telekommunikasiya şəbəkələri, informasiya sistemləri və şəbəkələri, informasiya-telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkələri, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan platformalardan gedir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:01 / 16.12.2021
Azərbaycanda virtual lotereyalar keçiriləcək - TƏFƏRRÜAT
Hazırda oxunan: Azərbaycanda virtual lotereyalar keçiriləcək - TƏFƏRRÜAT
Hazırda oxunan: Azərbaycanda virtual lotereyalar keçiriləcək - TƏFƏRRÜAT
50929
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.