Rəhman Hacıyev İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüşdü – FOTO

Rəhman Hacıyev İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüşdü – FOTO

Hazırda oxunan: Rəhman Hacıyev İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüşdü – FOTO

50637

“Dekabrin 13-də ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının (Islamic Development Bank Group - isdb.org) nümayəndə heyəti ilə görüşümüz baş tutdu”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev yazıb.

“İlk olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfərdən və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonra qarşıda duran mühüm vəzifələrdən danışdım. 

Sonra qonaqlarımıza Fondunun məqsəd və vəzifələri, dəyərləri və əsas fəaliyyət istiqamətləri barədə məlumatı təqdim etdim”, deyə o, qeyd edib.

Görüş zamanı İslam İnkişaf Bankının Ölkə üzrə Əməliyyatlar Meneceri Dr. Fərid Əhməd Xan səfər çərçivəsində bir sıra dövlət qurumları ilə görüşdüyünü və  bütün görüşlər zamanı Qarabağ məsələsinə xüsusi diqqət ayrıldığını qeyd edib. 

Ölkəyə səfərindən məmnunluğunu ifadə edən Dr.Fərid Əhməd Xan Qarabağın bərpası və yenidənqurulması istiqamətində Qarabağ Dirçəliş Fondu ilə birgə əməkdaşlıqla bağlı təkliflərini irəli sürüb.

Görüşün sonunda qarşılıqlı faydalı əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO