“Azərbaycanla Türkiyənin ticarət dövriyyəsinin həcmi 4,5 milyard dollara çatıb” - Mehmet Muş

“Azərbaycanla Türkiyənin ticarət dövriyyəsinin həcmi 4,5 milyard dollara çatıb” - Mehmet Muş

Hazırda oxunan: “Azərbaycanla Türkiyənin ticarət dövriyyəsinin həcmi 4,5 milyard dollara çatıb” - Mehmet Muş

50621

“Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə altı faiz artıb”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda deyib. 

O, qeyd edib ki, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyard dollara çatıb: 

“İki dövlət arasında investisiya layihələrinin həcmi də olduqca əhəmiyyətlidir. Azərbaycanla Türkiyə arasında 19,5 milyard dollarlıq investisiya həcmi var. Eləcə də, podratçılıq sahəsində hər iki ölkədə fəaliyyət göstərən şirkətlərimiz çoxsaylı layihələrdə iştirak edirlər”. 

Türkiyəli nazir qeyd edib ki, podratçı şirkətlər tərəfindən Azərbaycanda 15,4 milyard dəyərində 455 layihə yerinə yetirilib. Bu şirkətlər ölkə iqtisadiyyatına töhfə verməkdə davam edəcəklər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO