Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumu çərçivəsində anlaşma memorandumları imzalanıb.
Bizim.Media xəbər verir ki, biznes forum çərçivəsində beş memorandum sənədinin imzalanması baş tutub.
Belə ki, AZPROMO və Gürcüstan Ticarət və Palatası (GCCİ), Azərbaycan Sənaye və Ticarət Palatası ilə GCCİ, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Azərbaycanlı İş Adamları Birliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Türkiyə Metal Sənayeçiləri Sendikası arasında anlaşma memorandumları imzalanıb.
Həmçinin “AzŞəkər” və “Bayburt Qrup” arasında müqavilə imzalanıb.
Mərasimdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava və Türkiyənin Ticarət naziri Mehmet Muş da iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:43 / 14.12.2021
Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda anlaşma memorandumları imzalandı
Hazırda oxunan: Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda anlaşma memorandumları imzalandı
Hazırda oxunan: Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda anlaşma memorandumları imzalandı
50596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.