Gəncədə sosial evlər satışa çıxarılır – BU TARİXDƏN

Gəncədə sosial evlər satışa çıxarılır – BU TARİXDƏN

Hazırda oxunan: Gəncədə sosial evlər satışa çıxarılır – BU TARİXDƏN

0:00
0:00
50277

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) regionda növbəti layihəsi olan Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına yaxın vaxtlarda başlanılacaq. Artıq binalarda, mənzillərdə işlər tam yekunlaşıb və satışa hazırdır.

Bizim.Media-nın məlumatına görə Gəncə şəhərində Azərbaycan Bayrağı küçəsində yerləşən Yaşayış Kompleksinin 8 saylı binası üzrə 33, 9 saylı binası üzrə 34, 10 saylı binası üzrə 11, 11 saylı binası üzrə 14, 12 saylı binası üzrə 15, 15 saylı binası üzrə 44 və 18 saylı binası üzrə 37 mənzilin, ümumilikdə 188 mənzilin satışı 23 dekabr 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 dekabr 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.

Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olmaqla, mətbəx mebeli (qaz plitəsi və aspirator daxil olmaqla), kombi isitmə sistemi (kombi avadanlığı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilib.

"Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" mənzillərə sahib olduğu andan sakinlərə təqdim ediləcək.

Ərazidə yaşayış binaları ilə yanaşı, 1176 şagird yerlik orta təhsil məktəbi və 125 yerlik uşaq bağçası inşa edilib. Ötən tədris ilində tam orta məktəb binası istifadəyə verilib.

Həmçinin MİDA-nın digər layihələrində olduğu kimi Gəncə şəhərində inşa olunan Kompleksin ərazisində də yaşıllaşdırma və abadlıq işləri həyata keçirilmiş, sakinlər üçün istirahət guşələri yaradılmış, geniş həyətlər, uşaq oyun meydançaları istifadəyə verilib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO